![]() |
Heather Morris Auşvitz Döyməçisi |
Bəlkə də, “Auşvitz döyməçisi” əsərini hamı oxumalıdır – uşaqdan-böyüyə kimi. Nədən? Çünki hər bir insanın həyatında çətin, dözülməz saydığı dönəmlər olur. Bu, qaçılmazdır. Məhz belə dönəmdə bu əsərin qəhrəmanları, xüsusi vurğulayaq, gerçək qəhrəmanları hər kəsə gözəl bir nümunə ola bilər.
Sonda müəllif qeyd edir ki, əsərin əsas personajı olan Lale ona xatirələrini bəzək-düzəksiz, olduğu kimi qələmə almağı tapşırıb. Bu mənada, ola bilər, roman bədiilik baxımından oxucunu qane etməsin. Ancaq əsas olan odur ki, oxuyacağınız tərtəmiz həyat həqiqətidir. Həyatın isə hər üzü var.