![]() |
Aysel Eyvazlı Bir Damla Qızıl Gül |
Bu, bir bədəndə iki ruhun var olma hekayəsidir. Özü yetkin, ruhu uşaq olan bir bədən... Bu, balaca Lesyanın hekayəsidir... Uşaqlığında aldığı travmalarla həyatına davam edən, hələ uşaq yaşlarında yetkin bir insan kimi düşünməyə məcbur edilən, həyatı taleyin insafsız əllərinə buraxılan bir qızcığazın həqiqətidir. Məncə, bu bir gənc qızın beşikdən sonra atdığı ilk addımda quyuya düşmə hekayəsidir...
Kitabın səhifələri arasında bir uşaq var. Səhifələrə toxunan bir əl var. Qara mürəkkəbə gözünü zilləyən bir uşaq var. Bəli, o uşaq sənsən! Sıxışıb qalmış uşağı burax azad olsun, qəlbindən uçub ruhuna dolsun. Hər birimizin içində canı heç olmasa bir dəfə də olsun yanmış, yerə yıxılmış bir uşaq var...