Məhbud Siraci Tehranın damları

Turalll

Məhbud Siraci Tehranın damları

Məhbud Siraci Tehranın damları

İnsanlıq və dostluq dəyərlərinin önə çəkildiyi əsər Paşa adlı bir yeniyetmənin dilindən nəql edilir. O, İranın ortabab məhəllələrindən birində yaşayır. 1973-cü ilin yay tətilində vaxtın çox hissəsini ən yaxın dostu Əhmədlə birlikdə damda keçirirlər; yeniyetmələr zarafatlaşır, oxunmuş kitabları müzakirə edir, gələcəyə dair planlar qururlar. Qonşuluqdakı qız – gözəl Zəri Paşanın xoşuna gəlir, amma onun hələ kiçik yaşlarından başqasına ərə veriləcəyi vəd olunub. Onların arasındakı dostluq yavaş-yavaş ümidsiz sevgiyə çevrilir.

Hadisələr İran inqilabı ərəfəsində baş verir. Əsərin qəhrəmanları mühitin acı həqiqətlərilə üz­lə­şirlər. Əxlaq təməllərinin sarsıldığı bir mühitdə yeniyetmələr ölümcül təhlükəli yola qədəm qoyurlar. İnsanlıq ideallarına olan inam onları bütün yol boyu müşayiət edir.


Tehranın damları PDF
Tehranın damları EPUB

Telegramda İzlə

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)