Fərman Kərimzadə Qarlı aşırım |
Ötən əsrin 30-cu illəri... Azərbaycan kəndi... Kollektivləşmə
yeni başlayıb. Lakin kəndin varlılarından olan Kərbəlayi İsmayılöz var-dövlətini kolxoza vermək istəmir. Buna görə hökumətə tabe
olmayaraq sağ əli Qəmlo ilə birlikdə şura hökumətinə silah çəkir.
O, nəinki özü tabe olmur, həm də yaxın kəndləri yeni hakimiyyətə
gəlmiş bolşeviklərin üstünə qaldırır. Yerli rəhbərlik vəziyyəti nə-
zarətə götürmək üçün Kərbəlayi İsmayılın yaxın dostu Abasqulu
bəyi onunla görüşə göndərir. Vaxtıyla aralarında haqqı-salam olan
iki sanballı kişi qanlı hadisələrin fonunda əks tərəflər kimi üz-üzə
gəlirlər. Təbii, hadisələr qurbansız ötüşmür.
“Qarlı aşırım” kollektivləşmə mövzusunda yazılmış ən yaxşı
romanlardandır. Əsər əsasında çəkilmiş “Axırıncı aşırım” filmi də
ən yaxşı ekran əsərlərimizdən sayılır. Lakin romandakı hadisələr
filmdən daha çoxşaxəli və dərindir.