Oskar Uayld Dorian Qreyin portreti

Turalll

 


Oskar Uayld Dorian Qreyin portreti

Oskar Uayld Dorian Qreyin portreti



Dorian Qrey yaşca özündən böyük dostu lord Henrinin təsiri ilə heç

bir sərhəd tanımayan prinsipsiz və pozğun bir gəncə çevrilir. O, mənəviyyatını
əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişməz qalır, ruhu isə
çürüyür. Onun bütün daxili eybəcərlikləri, şöhrətpərəstliyi, cinayətləri,
satqınlığı, təkəbbürü rəssam Bezilin çəkdiyi portretə hopur. Dorian
gənc aktrisa Sibil Veynə vurulur, amma bir az sonra ondan üz döndərir.
Buna dözməyən qız zəhər içərək intihar edir.
Öz mənəviyyatının güzgüsü olan bu portretə görə Bezilə nifrət edən
Dorian Qrey bir gün onu qətlə yetirir və bir tanışının köməyi ilə cəsəddən
qurtulur. Üstü bəzək, altı təzək olan kübar həyatın simvoluna çevrilən
və hər cür həzzin dadına baxan, lakin xoşbəxt olmayan Dorian
Qrey bu həyatın bayağılığından, mənasızlığından bezir...
Əsər müəllifin ən qalmaqallı və uğurlu əsəridir. Onun öz dili ilə
desək, “Bir ruhun hekayəsidir!”
Nəşr olunmasından 120 il keçsə də, yenə oxucuları və rejissorları
özünə cəlb edir. Onun əsasında otuza yaxın film çəkilib.



Dorian Qreyin portreti PDF
Dorian Qreyin portreti EPUB

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)