Salam Qədirzadə Sevdasız aylar |
Salam Qədirzadənin “Sevdasız aylar” romanı yarandığı illərdə – sovet dönəmində belə, gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən bir neçə populyar əsərdən biri olub. Üzərindən illər keçsə də, Sevda və Asif adlı iki gəncin tələbəlik illərini, təmiz məhəbbətini, bir-birindən ayrı düşərək çəkdiyi həsrəti əks etdirən əsər öz aktuallığını, təravətini və maraq səviyyəsini itirməyib. Asifin “Titi” – yəni “çiçək” adlandırdığı Sevdanın xarakteri, sevgisi, həyatının ən gözəl dövrü olan tələbəlik illərinin maraqlı və səmimi təsviri oxucunun diqqətini cəlb edəcək, onu öz tələbəliyinə, öz gəncliyinə səyahətə çıxaracaqdır.