Herman Hesse Muncuq Oyunu |
Nobel mükafatı laureatı Herman Hessenin “Muncuq oyunu” romanı planetimizin bütün oxucuları üçün böyük bir kəşf sayıla bilər. Yazıçının bu əsərdə yaratdığı ölkəyə yalnız ən istedadlı alimlər və məqsədyönlü insanlar düşmək iqtidarındadır. Bu məmləkətin bütün institutları insan təfəkkürünün ən mükəmməl yaradıcı məhsullarını vahid bir külliyyata yığan Oyuna tabedir.