![]() |
Haruki Murakami Norveç meşəsi |
Çağdaş yapon ədəbiyyatının klassiki Haruki Murakaminin “Norveç meşəsi” romanı ötən əsrin 60-cı illərində, bütün dünyada olduğu kimi, Yaponiyada da gənclərin azad seks tələbləriylə kəskin etirazlara başladıqları dövrdən bəhs edir.
…Axşamlar mən musiqi valları satırdım. Boş vaxtım olanda dalğın-dalğın vitrin qarşısından keçənlərə baxırdım. Ailələr, cütlüklər, yakudzalar, mini ətəkli şən qızlar, tutamsaqqallı oğlanlar, barda işləyən qadınlar və başqa qəribə insanlar… Rok səsləndirən kimi, hippilər və avaralar dükanın qabağına yığışırdı – bəziləri musiqiyə uyğun rəqs eləyir, kimi narkotik iyləyir, kimisi də eləcənə asfaltın üstündə otururdu. Mən daha heç nəyi anlamırdım…