Mirzə Bartlbi Herman Melvil

Turalll

 

Herman Melvil Mirzə Bartlbi



Herman Melvil öz dövründə — yəni XIX əsr Amerika ədəbi mühitində tanınmayan, sayılıb-seçilməyən yazıçılardan idi. Hətta o qədər ki, 1891-ci ildə öləndə “Nyu-York Times” qəzeti adını səhv yazmışdı: Henri Menvil… “İletişim” nəşriyyatı Melvilin “Katib Bartlibi” povestini Borxesin ön sözü ilə nəşr edib: “Yazıçının ölümündən 20 il sonra Britaniya Ensiklopediyası” ondan uğursuz dəniz əhvalatlarını qələmə alan yazıçı kimi söz açırdı”. 1851-ci ildə indiki dünyanın ən yaxşı romanlarından hesab olunan, vaxtında heç kimin diqqətini çəkməyən “Mobi Dik”i çap etdirdi və uğursuz ədəbi taleyi üzündən 33 yaşlı Melvil əməlli-başlı ruh düşkünlüyü yaşadı, nə edəcəyini bilmədi. Bu azmış kimi, 1853-cü ildə nəşriyyatın anbarında yanğın baş verdi, yazıçının kitabları məhv oldu. Əl-qərəz, bizim 80-cilər nəslinin təbirincə desək, qəhrəmanımız “naxışı gül açmayan”, “qədri sonra bilinən” yazıçı tiplərindəndir. Ta ötən əsrin 20-ci illərinə qədər ki, onun haqqında kitablar yazıldı, əsərləri yenidən nəşr olundu, romanlarına filmlər çəkildi.


Bu kitabı dünyanın üzünə deyilən ən sərt “Yox” nidası hesab edirlər.




PDF
EPUB

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)