Albert Camus - Taun

Turalll

 

Albert Camus - Taun



Hər şey həkim Bernar Ryönün otağından çıxarkən qapının ağzında siçovul ölüsü görməsindən başladı. Əvvəlcə ağlına heçnə gəlmədi. Ayağı ilə siçovulu kənara itələyib pilləkənlə endi. Lakin gördüyü başqa bir siçovul onu şübhəyə saldı. Həkim geriqayıtdı. O haqlı idi. Şəhəri amansız taun xəstəliyi bürümüşdü. Roman bütün zahiri detalları ilə taun epidemiyasından bəhs edir. Amma həm də bu bəla Fransanın faşistlər tərəfindən işğalının simvoluna çevrilir. Elə roman da işğalın təsiri altında yazılıb. Əsərdə insan fədakarlığı ilə xudpəsəndlik qarşı-qarşıya qoyulur.Biri başqalarını ölümdən qurtarmaq naminə özünü təhlükəyə atır, o biri laqeydliklə öz çıxarlarına baxır. Epidemiyanın hər yerdən təcrid etdiyi şəhərdə müxtəlif təbəqə nümayəndələrinin iç üzü açılır. Albert Kamüyə yazıçı şöhrəti gətirən onun ilk iki romanı - 1942-ci ildə yazılmış “Yad” və 1947-ci ildə nəşr olunmuş “Taun” olub. Müharibə illərində və müharibədən sonrakı ilk illərdə Kamü bir sıra dram əsərləri (“Kaliqula” – 1944, “Anlaşılmazlıq” – 1944, “Düzgünlər” – 1950), hekayə və məqalələr də yazıb. “Kaliqula” pyesində qədim imperatorun qəddarlıq və şıltaqlıqları, onu əhatə edənlərin mütilik və ikiüzlülüyü böyük yazıçı məharəti və sərt ifadələrlə təsvir olunub.




PDF
EPUB

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)