Gabriel Garcia Marquez Yüz İlin Tənhalığı

Turalll

     

Gabriel Garcia Marquez - Yüz İlin Tənhalığı



    "Yüz ilin tənhalığı" romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər dərəcədə təzahür edən tənhalıq hekayətidir. Romanda tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri, həqiqətən mifik xarakter daşıyır. Eləcə də, Buendia ailəsinin bir neçə nəslinin tarixçəsinin özü və bununla yanaşı onun xarakterik xüsusiyyətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların talelərinin qabaqcadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Romanda o, Makondonun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəslin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir.


PDF
EPUB

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)