Səbahəddin Ali Xəz Paltolu Madonna

Turalll

Səbahəddin Ali - Xəz Paltolu Madonna

İş tapmaq istəyən bir gənc keçmiş məktəb yoldaşının köməyi ilə bankda işə düzəlir. Orada
məzlum, talesiz bir qoca  həyatı məğlubiyyətlərlə dolu Raif əfəndi ilə tanış olur. Sonralar
ömrü-nün son günlərini yaşayan qocaya həyan olmaq istəyən gənc bir gün onun gündəliyini
vərəqləyir. Və bütün həqiqətlərə də elə bu gün-dəlik güzgü tutur.
Gənc yaşlarında Raif əfəndi atasının sənətini davam et-dir-mək üçün Berlinə yollanır.
Burada incəsənətə olan marağı onu rəsm qalereyasına getməyə həvəsləndirir. Qalereyadadakı
tablolardan birinə heyranlıqla tamaşa edən Raif tez-tez bura gəlib “Xəz paltolu qadın”ın
portreti qarşısında seyrə dalır. Rəsmin müəllifi Mariya Puder adlı bir xanımdır və o, bir gün
bu gənci kənardan izləməyə son qoyub ona yaxınlaşır. Söhbət etdiyi qadının portretin sahibi
olduğunu öyrənəndə isə Raifin həyatı bir daha geri dönüşü olmayacaq şəkildə dəyişir.
Sevilən Türk yazıçısı və şairi Səbahəddin Əli (1097-1948) Almaniyada təhsil almış, geri
döndükdən sonra Konya və Ankarada müəllim işləmişdir. Azad fikirlərinə görə daim
təqib olunan ədibin “Quyucu Yusif” (1937), “İçi-mizdəki şeytan” (1940) adlı ro-manları,
“Dəyirman”, “Səs”, “Yeni dünya”, “Şüşəli köşk” adlı hekayələr kitabı, “Dağlar və Ruzigar”,
“Qurbağanın serenadası, başqa şeir-lər” adlı şeirlər kitabı və “Əsirlər” adlı bir dram əsəri
vardır. “Xəz mantolu Madonna əsəri”ni isə 1943-cü ildə yazmışdır.


Xəz Paltolu Madonna PDF
Xəz Paltolu Madonna EPUB

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)