Mahatma Qandi - Bütün Insanlar Qardaşdır

Turalll


Mahatma Qandi - Bütün Insanlar Qardaşdır 


Qandi sübut etdi ki, insan yalın əllə təpədən-dırnağacan silahlı nəhəngləri məğlub edə bilər.


O, qeyri-zorakı ictimai itaətsizlik vasitələri ilə öz ölkəsini - dünya əhalisinin beşdə birini ingilis müstəmləkəçiliyindən azad etdi.



"Qanun" nəşriyyatı Hindistanın müstəqilliyinin memarı Mahatma Qandinin "Bütün insanlar qardaşdır" kitabını Azərbaycan dilində nəşr edib.



Qandi həm də bəşər tarixinin ən böyük mütəfəkkirlərindəndir. 



Onun humanizmi insanın öz nəfsini iradəsinə tabe edərək daxilindəki tükənməz enerjini xeyir işlər görmək üçün sərf etməsinə əsaslanır.



O, aralarında böyük ziddiyyətlər olan Hindistanın müxtəlif məzhəblərini ölkənin maraqları uğrunda bir araya gətirə bilən lider olub.



Qandi heç bir demokratiya təcrübəsi olmayan Hindistanı həm əsarətdən azad edib, həm də ölkəsində demokratik və dünyəvi dövlət qurmağı bacarıb.



Eyni zamanda Hindistanda uşaqların tərbiyəsi, qadın haqları məsələsini də bir an belə unutmayıb.



Bu kitabda tarixin ən böyük müəllimlərindən olan Qandinin düşüncələri toplanıb.


PDF
EPUB

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)