Jo Nesbo Qar adam Pdf

Turalll

Jo Nesbo - Qar adam


Həqiqətən, ilk qarın öz füsunkarlığı var. O, sevgililəri görüşdürür, səsləri batırır, kölgələri uzadır, izləri gizlədir. Harri Hole itkin düşmüş Birta Bekkeri axtara-axtara belə bir nəticəyə gəlir ki, ilk qar yağan günü Norveçdə neçə illərdir ərli qadınlar izsiz itirlər.İlk dəfədir Harri silsilə qətllər törədən qatillə öz vətənində üzləşir. Qəzetlərin “Qar adam” ləqəbi verdikləri cinayətkar, sanki baş inspektora bilərəkdən sataşır, onu dəli olmaq dərəcəsinə gətirib çıxarır...
Çərşənbə günü, 5 noyabr 1980-ci il. Qar adam
Həmin gün qar yağırdı. Səhər saat on birdə gözlənilmədən solğun səmadan lopa-lopa qar düşməyə başladı - elə bil paralel dünyadan olan düşmən armadası Rumerikenin torpaq sahələrini, bağ və qazonlarını döyüşsüz zəbt etmişdi. Artıq saat ikidə Liilestremdə qar təmizləyən maşınlar işləyirdi, üçün yarısında isə noyabr qarı pərqu yorğan kimi ətrafdakı təpələri örtmüşdü və bu vaxt Sara Kvineslann, Kolloveyen küçəsi boyu yerləşən villaların arası ilə öz «Toyota-Korolla»sını asta-asta, ehtiyatla sürürdü.
Günün gündüzündə evləri tanıya bilməmişdi, o hətta onun qarajına giriş yolunun yanından ötüb keçmişdi. Sara qəfildən əyləci basdı, maşın sürüşdü, arxa oturacaqdan qışqırıq səsi eşidildi. Güzgüdə oğlunun narazı sifəti göründü.
- Dostum, mən indi qayıdıram, - qadın dedi.
Qarajın önündə qarın içində böyük düzbucaqlı
dördbucaq şəklində asfalt qaralırdı. O anladı ki, burada qonşunun avtomobili dayanıb. Onun boğazı qurudu: təki gecikməyim!
- Bəs burada kim yaşayır? - oğlan soruşdu.
- Heç, elə belə bir tanış adam var, - Sara cavab verdi və qeyri-iradi güzgüyə baxaraq saçını qaydaya saldı. - Dostum, uzaqbaşı on dəqiqə olmayacağam. Açarları saxlayıram, əgər istəsən, radioya qulaq
asarsan.




PDF
EPUB

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)